Əsas Səhifə > Milli komandalar > İrina Zaretska Olimpiya reytinqində birinci, Rafael Ağayev dördüncüdür

İrina Zaretska Olimpiya reytinqində birinci, Rafael Ağayev dördüncüdür


5-12-2019, 15:18


Dünya Karate Federasiyası (WKF) idmançıların Olimpiya reytinq cədvəlini açıqlayıb.

BrendSport.az xəbər verir ki, dünyanın ən güclü 20 karateçisinin arasında Azərbaycan yığmasının iki üzvü yer alıb. Dünya çempionu İrina Zaretska əvvəlki kimi 61 kiloqramdan yuxarı çəki dərəcəsində liderliyini davam etdirir (6772,5 xal). Dəfələrlə dünya və Avropa çempionu Rafael Ağayev isə 5595 xalla 75 kiloqram çəki dərəcəsində dördüncü yerdə qərarlaşıb.

Komandamızın digər üzvü Firdovsi Fərzəliyev (67 kq) isə ilk 20-dən kənarda qalıb. İdmançımız 2482,5 xalla 21-cidir.
Geri qayıt