Əsas Səhifə > Milli komandalar > Cüdoçumuz Zelim Kotsoyev “Böyük dəbilqə” turnirinin gümüş medalına sahib olub

Cüdoçumuz Zelim Kotsoyev “Böyük dəbilqə” turnirinin gümüş medalına sahib olub


28-10-2019, 14:30


Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən “Böyük dəbilqə” turnirində cüdoçumuz Zelim Kotsoyev gümüş medal qazanıb.

BrendSport.az xəbər verir ki, turnirdə 100 kiloqram çəki dərəcəsində mübarizə aparan Z.Kotsoyev bütün rəqiblərini məğlub edərək finala vəsiqə qazanıb. İdmançımız qızıl medal uğrunda görüşdə koreyalı Guham Çoya məğlub olaraq ikinci yerlə kifayətlənib.

Azərbaycan komandasının aktivində 1 medal var. Cüdoçumuz Orxan Səfərov (66 kq) turnirdə gümüş medal qazanıb.
Geri qayıt