Əsas Səhifə > Milli komandalar > Azərbaycan şahmatçıları Avropa çempionatının ikinci turunda mübarizə aparırlar

Azərbaycan şahmatçıları Avropa çempionatının ikinci turunda mübarizə aparırlar


25-10-2019, 19:06


Batumidə komandalararası Avropa çempionatının ikinci turunda Azərbaycan şahmatçıları mübarizəyə başlayıblar.

BrendSport.az xəbər verir ki, kişilərdən ibarət komandamız Fransa, qadın yığmamız İspaniya təmsilçiləri ilə qarşılaşırlar. Şəhriyar Məmmədyarov Maksim Laqarde, Arkadi Naydiç Eduard Romeyn, Rauf Məmmədov Mark Maurizi, Qədir Hüseynov Tiqran Qaramyan, Günay Məmmədzadə Sabrina Qutierre, Xanım Balacayeva Marta Qarsiya, Ülviyyə Fətəliyeva Ana Matnadze, Türkan Məmmədyarova isə Monika Kalzatte ilə mübarizə aparırlar.

Kişilərdən ibarət komandamız birinci turda Serbiya (3,5:0,5), qadın yığmamız Latviya (4:0) şahmatçılarını məğlub edib.

Xatırladaq ki, kişilərdən ibarət komandamız hazırkı Avropa çempionudur. Yığmamız ümumilikdə 3 dəfə Avropa çempionu olub.
Geri qayıt