Əsas Səhifə > Milli komandalar > Dünya çempionatında Azərbaycanı 22 kikboksçu təmsil edəcək

Dünya çempionatında Azərbaycanı 22 kikboksçu təmsil edəcək


19-10-2019, 02:12


Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda kişilər və qadınlar arasında kikboksinq üzrə dünya çempionatı keçiriləcək.

BrendSport.az xəbər verir ki, kikboksinqin WAKO versiyası üzrə təşkil olunacaq mötəbər turnirdə ölkəmizi 22 idmançı təmsil edəcək.

İdmançılarımız yarışda iştirak etmək üçün artıq Sarayevoya yola düşüblər.

Dünya çempionatı oktyabrın 19-da start götürəcək və 27-dək davam edəcək.
Geri qayıt