Əsas Səhifə > Milli komandalar > Kikboksçularımız Avropa birinciliyində iştirak edəcəklər

Kikboksçularımız Avropa birinciliyində iştirak edəcəklər


22-08-2019, 02:34


Avqustun 23-dən sentyabrın 1-dək Macarıstanın paytaxtı Budapeştdə kikboksinqin WAKO versiyası üzrə uşaqlar, yeniyetmələr və gənclər arasında Avropa birinciliyi keçiriləcək.

Azərbaycan Kikboksinq Federasiyasından BrendSport.az -a bildiriblər ki, Azərbaycan yığması yarışda 30 idmançı ilə təmsil olunacaq. Qitə birinciliyində tanınmış idmançılarımızdan sonuncu dünya çempionu Amin Quliyev, dünya və Avropa çempionu Məhəmməd İmanov, dünya çempionatının mükafatçısı Vüsal Kazımov, Elşad Şahbazov, Emil Hümbətov və başqaları qüvvələrini sınayacaqlar.
Geri qayıt