Əsas Səhifə > Milli komandalar > Güləşçilərimiz Qran-Pri turnirində altı medal qazanıb

Güləşçilərimiz Qran-Pri turnirində altı medal qazanıb


9-08-2019, 14:08


Gürcüstanın paytaxtı Tbilisidə Vaxtanq Balavadze və Givi Kartoziyanın xatirəsinə həsr olunmuş sərbəst və yunan-Roma güləşi üzrə Qran-Pri turniri davam edir.

BrendSport.az xəbər verir ki, yarışların ikinci günündə ilk medalçılar müəyyənləşib. Sərbəst güləş üzrə yarışda Şamil Zubairov (92 kq) qızıl, Əhmədnəbi Qvarzatilov (61 kq) gümüş, Rəşad Yusifli (79 kq) isə bürünc medal qazanıblar.

Yunan-Roma güləşçilərinin mübarizəsində isə Elman Muxtarov (63 kq) çempion olub. Onun finalda məğlub etdiyi Murad Məmmədov, həmçinin İslambek Dadov (72 kq) ikinci yeri tutub.
Geri qayıt