Əsas Səhifə > Milli komandalar > “Tokio 2020”: voleybol üzrə qadınlardan ibarət milli komandamızın oyunlarının vaxtı dəqiqləşib

“Tokio 2020”: voleybol üzrə qadınlardan ibarət milli komandamızın oyunlarının vaxtı dəqiqləşib


12-07-2019, 12:39


Tokio Yay Olimpiya Oyunlarına lisenziya xarakterli təsnifat turnirində iştirak edəcək voleybol üzrə qadınlardan ibarət milli komandamızın oyunlarının vaxtı dəqiqləşib.

BrendSport.az xəbər verir ki, matçlar Braziliyanın Uberlandiya şəhərində keçiriləcək. Avqustun 1-də “D” qrupu üzrə keçirilən oyunlarda Braziliya Kamerun (21:15), Dominikan Respublikası Azərbaycanla (23:45) mübarizə aparacaq.

Avqustun 2-də Braziliya Azərbaycan (21:15), Kamerun Dominikan Respublikası (23:45) ilə gücünü sınayacaq. Avqustun 3-də isə Braziliya Dominikan Respublikası (17:00) ilə, Azərbaycan Kamerunla (19:00) mübarizə aparacaq.
Geri qayıt