Əsas Səhifə > Milli komandalar > Azərbaycan komandasının Şimali Makedoniya yığması ilə oyunu heç-heçə başa çatıb

Azərbaycan komandasının Şimali Makedoniya yığması ilə oyunu heç-heçə başa çatıb


14-06-2019, 11:22


Şimali Makedoniyanın Skopye şəhərində təlim-məşq toplanışında olan 16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması hazırlıq çərçivəsində növbəti yoxlama oyununu keçirib.

BrendSport.az xəbər verir ki, futbolçularımızın Şimali Makedoniyanın müvafiq yaş qrupundan ibarət komandası ilə oyunu 2:2 hesablı heç-heçə ilə başa çatıb. Yığmamızın heyətində Amin Qarayev və İxtiyar Məmiyev fərqləniblər.
Geri qayıt