Əsas Səhifə > Milli komandalar > Qılıncoynadanlarımız Antalyada Avropa çempionatına hazırlıqlarını davam etdirir

Qılıncoynadanlarımız Antalyada Avropa çempionatına hazırlıqlarını davam etdirir


13-06-2019, 11:06


Azərbaycanlı Qılıncoynatma Federasiyasının sablya üzrə qadınlardan ibarət yığma komandası Türkiyənin Antalya şəhərində Avropa çempionatına hazırlıqlarını davam etdirir.

BrendSport.az xəbər verir ki, Avropa çempionatı iyunun 17-dən 22-dək Almaniyanın Düsseldorf şəhərində keçiriləcək.

Sablyaçılarımız iyunun 5-dən etibarən hazırlıqlara başlayıb. Hazırlıqlar 10 gün davam edəcək və ayın 15-də yekunlaşacaq.

Qeyd edək ki, qitə çempionatında uğurlu çıxış etmək “Tokio-2020” Yay Olimpiya Oyunlarına lisenziya xalları qazanmaq baxımından çox önəmlidir.
Geri qayıt