Əsas Səhifə > Milli komandalar > Azərbaycan boksçuları Çexiyada beynəlxalq turnirdə iştirak edəcəklər

Azərbaycan boksçuları Çexiyada beynəlxalq turnirdə iştirak edəcəklər


21-05-2019, 13:31


Mayın 22-də Çexiyada boks üzrə Usti-nad-Labem Qran-Prisi start götürəcək.

Azərbaycan Boks Federasiyasından BrendSport.az-a bildiriblər ki, dörd gün davam edəcək beynəlxalq turnirdə Azərbaycan yığması da iştirak edəcək.

Komandamızın baş məşqçisi Vaqif Şirinov Çexiyada dörd boksçumuzu sınaqdan keçirəcək. O, yeni çəki dərəcələri üzrə keçiriləcək Qran-Pridə Elvin Məmişzadə (52 kq), Sərxan Əliyev (63 kq), Lorenzo Sotomayor (69 kq) və Alfonso Dominqesə (81 kq) şans verəcək.
Geri qayıt