Əsas Səhifə > Milli komandalar > Avropa kubokunda 13 cüdoçumuz mübarizə aparacaq

Avropa kubokunda 13 cüdoçumuz mübarizə aparacaq


15-05-2019, 21:44


BrendSport.az xəbər verir ki, Mayın 18-19-da Orenburqda keçiriləcək Avropa kuboku yarışlarında Azərbaycanı 13 kişi cüdoçu təmsil edəcək.
Qitə turnirində Balabəy Ağayev (60 kq), Nurlan Osmanov, İlkin Babazadə, İbrahim Əliyev, Orxan Hacıağalı, Elbrus Zamanov (hamısı 66 kq), Telman Vəliyev, Kərim Allahverdiyev (73 kq), Murad Fətiyev (81 kq), Qurban Qurbanov, Aslan Mirzəyev (90 kq), Kənan Abdullaxanlı (100 kq) və Rüstəm Kotsoyev (100 kq-dan yuxarı) güclərini sınayacaqlar.
Geri qayıt