Əsas Səhifə > Milli komandalar > Azərbaycan velosipedçisi Tokio Olimpiadasına üç lisenziya xalı qazanıb

Azərbaycan velosipedçisi Tokio Olimpiadasına üç lisenziya xalı qazanıb


7-05-2019, 11:44


Türkiyədə keçirilən Beynəlxalq Velosipedçilər İttifaqının 2.2 kateqoriyalı “Tour of Mesopotamia” yarışına yekun vurulub.

BrendSport.az xəbər verir ki, dörd mərhələdən ibarət velotur elit yığma komandamızın üzvü Elçin Əsədov üçün uğurlu olub. Mərhələlərdə müvafiq olaraq, 11-ci, 10-cu, 13-cü və 29-cu olan təmsilçimiz ümumi təsnifatda 10-cu yeri tutub. Velosipedçimiz bu göstərici sayəsində Tokio Yay Olimpiya Oyunları üçün ölkəmizin aktivinə üç lisenziya xalı yazdırıb.

Beynəlxalq Velosipedçilər İttifaqının reqlamentinə əsasən, olimpiadaya lisenziya xalları verən yarışlar bu ilin oktyabrınadək davam edəcək.
Geri qayıt