Əsas Səhifə > Milli komandalar > Ağır atletlərimiz Nailxan Nəbiyev və Kamran İsmayılov Avropa çempionatında çıxışlarını başa çatdırıblar

Ağır atletlərimiz Nailxan Nəbiyev və Kamran İsmayılov Avropa çempionatında çıxışlarını başa çatdırıblar


11-04-2019, 20:49


Batumidə keçirilən kişilər və qadınlar arasında ağır atletika üzrə Avropa çempionatı davam edir.

Azərbaycan Ağır Atletika Federasiyasından BrendSport.az -a bildiriblər ki, aprelin 11-də Azərbaycan idmançılarından Nailxan Nəbiyev və Kamran İsmayılov körpücük üzərinə çıxıblar. İdmançılarımızdan hər ikisi 96 kiloqram çəki dərəcəsində B qrupunda yarışıblar. Nailxan Nəbiyev toplam 337 (147+190) kiloqram nəticə ilə qrupda səkkizinci olub. Kamran İsmayılov isə 333 (148+185) kiloqram nəticə ilə doqquzuncu yeri tutub. Atletlərimizin yekun sıralamada tutacaqları yer A qrupundakı mübarizə başa çatandan sonra bilinəcək.

Ümumilikdə 42 ölkədən 401 atletin (187 qadın və 214 kişi) iştirak etdiyi yarışa Azərbaycan millisi 6 idmançı ilə qatılıb.


Geri qayıt