Əsas Səhifə > Milli komandalar > İki qadın güləşçimiz Avropa çempionatının yarımfinal mərhələsinə yüksəlib

İki qadın güləşçimiz Avropa çempionatının yarımfinal mərhələsinə yüksəlib


11-04-2019, 20:34


Rumıniyanın paytaxtı Buxarestdə güləş üzrə Avropa çempionatı davam edir.

BrendSport.az xəbər verir ki, dördüncü yarış günündə - aprelin 11-də daha 4 qadın güləşçimiz mübarizəyə qoşulub.

Tatyana Varansova (53 kq) ilk mərhələdə ikiqat dünya və Avropa çempionuna müqavimət göstərə bilməyib.

Alyona Kolesnik (57 kq) startda isveçli rəqibini elə ilk dəqiqədə “tuşe” ilə məğlub edib. Macar idmançı ilə görüşə də yaxşı başlayan Kolesnik 5 xal fərqlə önə çıxıb. Ancaq üstünlüyünü qoruya bilməyən güləşçimiz xalçadan məğlub ayrılıb.

Millimizin üzvü Tatyana Omelçenko (62 kq) da qitə birinciliyinə inamlı qələbə ilə start verib. Təmsilçimiz Norveç idmançısını vaxtından əvvəl üstələyib. T.Omelçenko daha sonra gücünü polşalı rəqibinə göstərib və qalib gələrək adını yarımfinala yazdırıb.

Çempionatda 65 kiloqram çəki dərəcəsində mübarizə aparan Elis Manolova ilk mərhələdə çətinliklə də olsa, isveçli həmkarına qalib gəlib. Güləşçimiz 1/4 finalda alman güləşçini də məyus edərək yarımfinala yüksəlib.
Geri qayıt