Əsas Səhifə > Milli komandalar > Millimizin üzvü "Benfika"ya keçir?

Millimizin üzvü "Benfika"ya keçir?


10-04-2019, 11:05


Azərbaycan millisinin üzvü Renat Dadaşov karyerasını "Benfika" klubunda davam etdirə bilər.

BrendSport.az xəbər verir ki, Lissabon təmsilçisi "Eştoril"in iki futbolçusu ilə yaxından maraqlanır. Onlardan biri "Benfika"nın B komandasını ötən il "Eştoril"ə dəyişən Felipe Soares, digəri isə Renat Dadaşovdu. İstedadlı futbolçular yay transfer dönəmində "Benfika"ya keçə bilərlər.

Amaniyanın "Ayntraxt" klubundan "Eştoril"ə cəlb olunan Renat bu mövsüm 24 oyunda 4 qola imza atıb.
Geri qayıt