Əsas Səhifə > Milli komandalar > Şpaqaçı Kənan Əliyev Budapeşt Qran-Prisində iştirak edib

Şpaqaçı Kənan Əliyev Budapeşt Qran-Prisində iştirak edib


9-03-2019, 21:51


Şpaqaçımız Kənan Əliyev Dünya Kubokunun Budapeştdə keçirilən Qran-Pri yarışında iştirak edib.


BrendSport.az Azərbaycan Qılıncoynatma Federasiyasının saytına istinadla xəbər verir ki, qrup mərhələsində keçirdiyi altı görüşün üçündə qələbə qazanan K.Əliyev pley-offa yüksəlib. Şpaqaçımız pley-off mərhələsində Fransa təmsilçisi Bolliot Hippolitə 9:15 hesabı ilə uduzub.
Geri qayıt