Əsas Səhifə > Milli komandalar > Yeniyetmə cüdoçularımız qitə kubokunda 5 medal qazanıblar

Yeniyetmə cüdoçularımız qitə kubokunda 5 medal qazanıblar


4-03-2019, 01:57


Türkiyənin Antalya şəhərində yeniyetmə cüdoçular arasında keçirilən Avropa kuboku başa çatıb.

BrendSport.az xəbər verir ki, cüdoçularımız Türkiyədə 1 qızıl, 3 gümüş və 1 bürünc medala sahib olublar. Belə ki, yarışın son günü Azərbaycan milli komandasının 2 üzvü medal qazanıb. Qızların yarışında 57 kq çəki dərəcəsində çıxış edən Aytac Qardaşxanlı bütün rəqiblərinə qalib gələrək Antalya turnirinin çempionu olub. Oğlanların mübarizəsində isə Elcan Hacıyev (73 kq) yalnız finalda uduzaraq gümüş medal qazanıb.

Qeyd edək ki, beynəlxalq turnirin ilk günü Kamran Süleymanov (55 kq) və Nahid İsmayılov (66 kq) gümüş medala, Şükran Zamanlı (55 kq) isə bürünc medala layiq görülüb.

Antalya turnirində 16 ölkədən 495 yeniyetmə cüdoçu mübarizə aparıb.
Geri qayıt