Əsas Səhifə > Milli komandalar > Bədii gimnastlarımız Moskvada beşinci olublar

Bədii gimnastlarımız Moskvada beşinci olublar


21-02-2019, 01:38
Bədii gimnastlarımız Moskvada beşinci olublar
Moskvada bədii gimnastika üzrə Qran-Pri yarışları keçirilib.
BrendSport.az Azərbaycan Gimnastika Federasiyasına istinadla xəbər verir ki, ölkəmizi turnirdə qrup hərəkətləri proqramında ikinci heyət komandamız təmsil edib. Simarə Cəfərova, Güllü Ağalarzadə, Narın Qurbanova, Nərmin Cahangirova, Ayna Cəfərova və Humay Əliyevadan ibarət qrup komandası həm 4 gürz-3 halqa, həm də 5 topla çıxışlarına görə finala vəsiqə qazanıblar. Qızlarımız hər iki çıxış üzrə final mərhələsində altıncı olublar.
Qrup hərəkətləri yarışında komandamız çoxnövçülükdə turniri beşinci yerdə başa vurub.
Geri qayıt