Əsas Səhifə > Milli komandalar > Millimiz FİFA reytinqində mövqeyini qorudu

Millimiz FİFA reytinqində mövqeyini qorudu


7-02-2019, 13:47


FİFA dünya ölkələrinin yığma komandalarının yeni reytinq siyahısını açıqlayıb.

BrendSport.az xəbər verir ki, ötən ayla müqayisədə Azərbaycan millisinin mövqeyində dəyişiklik olmayıb. Belə ki, Azərbaycan yığması 2019-cu ilin ilk reytinq siyahısında da 1206 xalla 107-ci pillədə qərarlaşıb.

İlk onluq isə belədi: 1. Belçika - 1727, Fransa - 1726, 3. Braziliya – 1676, 4. Xorvatiya – 1634, 5. İngiltərə - 1631, 6. Portuqaliya - 1614, 7. Uruqvay - 1609, 8. İsveçrə - 1599, 9. İspaniya - 1591, 10. Danimarka – 1589.

Qonşu Türkiyə yığması 2 pillə geriləyərək 41-ci sırada qərarlaşıb. “Ay-ulduzlular”ın hesabında 1443 xal var.

Bu ayın ən yaxşı göstəricisi 38 pillə irəliləyərək 55-ci sıraya yüksələn Qətər yığmasına məxsusdu - 1398 xal. Ən pis göstəriciyə isə 12 pillə geriləyən KXDR imza atıb – 1152 xalla 121-ci yer.


Geri qayıt