Əsas Səhifə > Milli komandalar > Paralimpiyaçılarımız pauerliftinq üzrə dünya kuboku yarışlarında iştirak edirlər

Paralimpiyaçılarımız pauerliftinq üzrə dünya kuboku yarışlarında iştirak edirlər


6-02-2019, 15:47


Azərbaycanlı paralimpiyaçılar pauerliftinq üzrə dünya kuboku yarışlarında iştirak etmək üçün Birləşmiş Ərəb Əmirliklərindədirlər.

Azərbaycan Milli Paralimpiya Komitəsindən BrendSport.az -a bildiriblər ki, fevralın 6-13-də Dubayda keçiriləcək dünya kuboku yarışları “Tokio 2020” Yay Paralimpiya Oyunlarına lisenziya xalı verəcək.

Yarışda Azərbaycanı Şamo Aslanov, Nurlan Babacanov və Pərvin Məmmədov təmsil edirlər.

Dünya kuboku yarışlarına yola düşməzdən əvvəl idmançılarla Komitədə görüş keçirilib. İdmançıların fiziki və psixoloji hazırlığının yüksək olduğu qeyd olunub.
Geri qayıt