Əsas Səhifə > Milli komandalar > Stolüstü tennisçilərimiz Rusiyada beynəlxalq turnirdə iştirak edirlər

Stolüstü tennisçilərimiz Rusiyada beynəlxalq turnirdə iştirak edirlər


1-02-2019, 13:46


Fevralın 1-də Rusiyanın Voljsk şəhərində stolüstü tennis üzrə beynəlxalq turnir start götürüb.

BrendSport.az xəbər verir ki, 2006-cı il və ondan kiçik yaşlı qızlar və oğlanlar arasında keçirilən turnirdə idmançılarımız Fatimə Cəfərova, Mehriban Dadaşova, Hacımurad Məmmədbəyov və Xaliq Becanov mübarizə aparırlar.

Beynəlxalq turnirə fevralın 2-də yekun vurulacaq.
Geri qayıt