Əsas Səhifə > Milli komandalar > Stolüstü tennisçilərimiz beynəlxalq turnirdə iştirak etmək üçün Rusiyaya yola düşüblər

Stolüstü tennisçilərimiz beynəlxalq turnirdə iştirak etmək üçün Rusiyaya yola düşüblər


31-01-2019, 19:48


Stolüstü tennisçilərdən ibarət milli komandamız yanvarın 31-də beynəlxalq turnirdə iştirak etmək üçün Rusiyaya yola düşüb.

Azərbaycan Stolüstü Tennis Federasiyasından BrendSport.az -a verilən məlumata görə, 2006-cı il təvəllüdlü və ondan kiçik yaşlı qızlar və oğlanların qatıldıqları turnir Voljsk şəhərində keçiriləcək. Yarışlarda Azərbaycanı məşqçi Ramil Cəfərovun rəhbərliyi ilə Fatimə Cəfərova, Mehriban Dadaşova, Hacımurad Məmmədbəyov və Xaliq Becanov təmsil edəcəklər.

Beynəlxalq turnirə fevralın 2-də yekun vurulacaq.
Geri qayıt