Əsas Səhifə > Milli komandalar > Stolüstü tennisçilərimiz Rusiyada keçiriləcək beynəlxalq turnirdə iştirak edəcəklər

Stolüstü tennisçilərimiz Rusiyada keçiriləcək beynəlxalq turnirdə iştirak edəcəklər


30-01-2019, 22:01


Fevralın 1-də Rusiyanın Voljsk şəhərində 2006-cı il təvəllüdlü və daha aşağı yaşlı stolüstü tennisçilər arasında beynəlxalq turnir keçiriləcək.

Azərbaycan Stolüstü Tennis Federasiyasından BrendSport.az -a verilən məlumata görə, yarışlarda ölkəmizi məşqçi Ramil Cəfərovun rəhbərliyi ilə dörd idmançı təmsil edəcək. Qızların yarışında Fatimə Cəfərova və Mehriban Dadaşova, oğlanların mübarizəsində isə Hacımurad Məmmədbəyov və Xaliq Becanov qüvvələrini sınayacaqlar.

Turnir iki gün davam edəcək.
Geri qayıt