Əsas Səhifə > Milli komandalar > Azərbaycan millisi Norveç klubu ilə heç-heçə edib

Azərbaycan millisi Norveç klubu ilə heç-heçə edib


28-01-2019, 12:13


Antalyada təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoxlama oyunu keçirib.

BrendSport.az AFFA-ya istinadla xəbər verir ki, Norveçin “Tromse” klubunun müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşma 2:2 hesabı ilə başa çatıb.

Yığmamızın heyətində Tural Bayramov və Sərhad Daşdəmir fərqləniblər.
Geri qayıt