Əsas Səhifə > Milli komandalar > AFFA-dan Azərbaycan millisinin baş məşqçi postuna namizədlərlə bağlı AÇIQLAMA

AFFA-dan Azərbaycan millisinin baş məşqçi postuna namizədlərlə bağlı AÇIQLAMA


25-01-2019, 16:36


Artıq iki aya yaxındır ki, futbol üzrə Azərbaycan millisinin baş məşqçi postu boş qalıb.

BrendSport.az xəbər verir ki, AFFA bununla bağlı rəsmi məlumat yayıb. Məlumatda deyilir:

“Azərbaycan milli komandasının hazırda vakant olan baş məşqçi vəzifəsinə təyinatla bağlı namizədlərin müzakirəsi prosesi davam etməkdədir.

Ötən dövr ərzində müxtəlif ölkələrdən olan məşqçilərlə görüşlər keçirilib. Yaxın gələcəkdə namizədlərin qısa siyahısının hazırlanması nəzərdə tutulub. AFFA-nın Məşqçilər Komitəsinin tövsiyələri də nəzərə alınmaqla hazırlanacaq qısa siyahı müvafiq qaydada AFFA rəhbərliyinə və İcraiyyə Komitəsinə təqdim olunacaq”.
Geri qayıt