Əsas Səhifə > Milli komandalar > Avropa çempionatının elit-raunduna hazırlaşan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün yoxlama oyunu keçirib.

Avropa çempionatının elit-raunduna hazırlaşan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün yoxlama oyunu keçirib.


24-01-2019, 19:22


BrendSport.az xəbər verir ki, Vüqar Məmmədin rəhbərlik etdiyi kollektiv Küveytdən olan həmyaşıdları ilə qarşılaşıb. Azərbaycan millisi rəqibiylə qollu bərabərə qalıb – 1:1. Matçda Azərbayacnın yığmasının yeganə qolunu Sərhat Taşdəmir vurub.

Türkiyədəki təlim-məşq toplanışında 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi ilk yoxlama matçında Rusiyanın “Krasnodar-3” klubuyla 1:1 hesablı heç-heçə edib.

Yoxlama oyunu

24 yanvar

Azərbaycan U-19 – Küveyt U-19 1:1

Qol: Sərhat Taşdəmir, 52.
Geri qayıt