Əsas Səhifə > Milli komandalar > Millimiz Norveçdə qələbəni əldən verdi

Millimiz Norveçdə qələbəni əldən verdi


16-10-2018, 22:21


21 yaşadək futbolçulardan ibarət milli komandamız bu gün Avropa çempionatının seçmə qrup mərhələsində son oyununu keçirib.

Rəşad Sadıqovun komandası 5-ci qrupda Norveçlə qarşılaşıb.

Yığmamız qrupda çıxmaq şansını itirsə də, ötən ay Bakıda 1:3 hesabı ilə uduzduğu rəqibindən revanş almağa çalışıb. Hesabı 9-cu dəqiqədə penaltidən Fəhmin Muradbəyli açıb. Millimiz 76-cı dəqiqədə üstünlüyü əldən verib və oyun 1:1 hesabı ilə yekunlaşıb.

Qeyd edək ki, komandamız qrupda keçirdiyi 10 oyunda qələbə qazana bilməyib. 7 oyunda məğlubiyyətlə üzləşən gənclərimiz 3 görüşdə heç-heçə edib.

Qrupun digər oyunlarında İsrail Kosovonu 3:0, Almaniya isə İrlandiyanı 2:0 hesabı ilə yenib.

Avropa çempionatı
Seçmə mərhələ
V qrup

16 oktyabr
Norveç - Azərbaycan 1:1
Qollar: Leo Ostiqard, 76 - Fəhmin Muradbəyli, 9-pen.

Geri qayıt