Əsas Səhifə > Milli komandalar > Azərbaycanın Ermənistana qarşı heyəti açıqlandı

Azərbaycanın Ermənistana qarşı heyəti açıqlandı


4-10-2018, 11:52


Gürcüstanın Batumi şəhərində keçirilən 43-cü Ümumdünya Şahmat Olimpiadası davam edir.

Bu gün X turun görüşləri keçiriləcək. Azərbaycanın kişi yığması Ukrayna, qadın komandası isə Ermənistanla qarşılaşacaq. Artıq komandaların heyətləri də məlumdur.

Kişilər

Azərbaycan - Ukrayna


Şəhriyar Məmmədyarov - Vasili İvançuk
Teymur Rəcəbov - Pavel Elyanov
Arkadi Naydiç - Yuri Krivoruçko
Rauf Məmmədov - Ruslan Ponomaryov

Qadınlar

Azərbaycan - Ermənistan


Günay Məmmədzadə - Elina Danielyan
Zeynəb Məmmədyarova - Lilit Mkrtçyan
Xanım Balacayeva - Anna Sarqsyan
Gülnar Məmmədova - Mariya Kursova

Qeyd edək ki, 9 turdan sonra Azərbaycanın qadın millisi 14 xalla 6-cı, Ermənistan 15 xalla 3-cü pillədə qərarlaşıb. Kişilərdən ibarət yığma 13 xalla 10-cu, eyni xala malik Ukrayna 16-dı yerdədi.
Geri qayıt