Əsas Səhifə > Milli komandalar > Şahmatçılarımızdan bu dəfə heç-heçə

Şahmatçılarımızdan bu dəfə heç-heçə


1-10-2018, 22:38


Gürcüstanın Batumi şəhərində 43-cü Ümumdünya Şahmat Olimpiadasının 7-ci turun oyunları keçirilir.

Kişilərdən ibarət Azərbaycan millisi Polşa ilə üz-üzə gəlib. Qadın şahmatçılarımız isə İtaliya ilə qarşılaşıb. Hər iki milli heç-heçə edib.

Bu nəticədən sonra Azərbaycanın kişilərdən ibarət yığması 13 xalla Polşa ilə birgə liderliyini davam etdirir.

Kişilər

Polşa – Azərbaycan - 2:2


Şəhriyar Məmmədyarov – Duda Yan-Kşiştof - 0,5:0,5
Teymur Rəcəbov – Rodoslav Voytaşek - 0,5:0,5
Arkadi Naydiç – Tomçak Yaçek - 0,5:0,5
Eltac Səfərli – Kamil Draqun - 0,5:0,5

E. Səfərli və T.Rəcəbov ağ, Ş.Məmmədyarov və A.Naydiç isə qara fiqurlarla oynayıb.

Qadınlar

İtaliya – Azərbaycan 2:2


Günay Məmmədzadə - Olqa Zmina - 0,5:0,5
Ülviyyə Fətəliyeva – Marina Brunello - 0,5:0,5
Xanım Balacayeva – Desire Di Bendetto - 0,5:0,5
Zeynəb Məmmədyarova – Elena Sedina - 0,5:0,5

Ü.Fətəliyeva və Z. Məmmədyarova ağ, G.Məmmədzadə ilə X.Balacayeva isə qara fiqurlarla oynayıb.
Geri qayıt