Əsas Səhifə > Milli komandalar > Yığmamız ikinci oyun üçün Maltaya getdi

Yığmamız ikinci oyun üçün Maltaya getdi


8-09-2018, 21:34


Futbol üzrə Azərbaycan millisi UEFA Millətlər Liqasının 2-ci turunda qarşılaşacağı Malta yığması ilə oyun üçün səfərə çıxıb.

Komandamız Maltaya çarter reysi ilə yollanıb. Komandamızı aparan təyyarə saat 18:00-da Heydər Əliyev Beynəlxalq Aeroportundan yola düşüb.

Qeyd edək ki, D liqasının 3-cü qrupunda yer alan Azərbaycan millisi sentyabrın 7-də Bakıda Kosovo yığmasına qarşı keçirdiyi ilk matçda qolsuz heç-heçə edib. Malta komandası isə səfərdə Farer adalarına 1:3 hesabı ilə uduzub. Millimizin Malta ilə səfər oyunu sentyabrın 10-da Ta Qalidəki Milli Stadionda keçiriləcək və Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.
Geri qayıt