Əsas Səhifə > Milli komandalar > Türkiyə - Malta oyununda azərbaycanlı hakimlər

Türkiyə - Malta oyununda azərbaycanlı hakimlər


25-03-2018, 21:35


21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsinin 6-cı qrupunda martın 27-də keçiriləcək Türkiyə – Malta oyununun baş hakimi Ömər Paşayev olacaq.

AFFA-nın saytına istinadən yayılan məlumatına görə, ona Namiq Hüseynov və Mübariz Haşımov kömək edəcəklər.

Dördüncü hakim funksiyasını Rəhim Həsənov yerinə yetirəcək.

Qol.az
Geri qayıt