Əsas Səhifə > Milli komandalar > Milli komandaların oyununda kütləvi dava düşüb

Milli komandaların oyununda kütləvi dava düşüb


18-05-2023, 18:30


BrendSport.az xəbər verir ki, hadisə Cənub-Şərqi Asiya Oyunlarının finalı çərçivəsində İndoneziya — Tailand görüşündə baş verib.

90 dəqiqə 2:2 hesabı ilə yekunlaşdığından, əlavə vaxta ehtiyac duyulub. 94-cü dəqiqədə indoneziyalıların hesabda önə keçməsi ilə ara qarışıb. Nəticədə futbolçular və klub rəsmiləri meydançaya axın edərək bir-birilərini yumruqlamağa başlayıblar. Polislər və stadion əməkdaşları onları çətinliklə sakitləşdiriblər.

İnsident yekunlaşdıqdan sonra baş hakim hər iki komandanın bir neçə üzvünə qırmızı vərəqə gpstərib.

Qalan dəqiqələrdə daha iki qol vuraraq 5:2 hesablı qələbə qazanan İndoneziya seçməsi turnirin qalibi olub.
Geri qayıt