Əsas Səhifə > Milli komandalar > Azərbaycan millisinin voleybolçusu Rusiyada gümüş medal qazanıb

Azərbaycan millisinin voleybolçusu Rusiyada gümüş medal qazanıb


17-05-2023, 14:00





Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Mariya Kirilyuk Rusiya çempionatının "A" Yüksək Liqasının ikincisi olub.

BrendSport.az xəbər verir ki, blokçunun şərəfini qoruduğu "Severyanka" (Çerepoveç) klubu son qarşılaşmada "Lokomotiv-2" kollektivi ilə üz-üzə gəlib.

Həlledici matçda rəqibini 3:1 hesabı ilə məğlub edən Çerepoveç təmsilçisi "A" Yüksək Liqanın gümüş medalına sahib çıxıb.

Qeyd edək ki, yarış dairəvi sistemlə keçirilib. İlkin etapı lider kimi başa vuran "Severyanka" final mərhələsində topladığı xallara görə ikinci olub.
Geri qayıt