Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Cüdoçularımız Avropa kuboku turnirində komanda hesabında birinci olublar

Cüdoçularımız Avropa kuboku turnirində komanda hesabında birinci olublar

Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən yeniyetmələr arasında Avropa kuboku turnirində Azərbaycan cüdoçuları 3 qızıl, 1 gümüş və 4 bürünc medal qazanıblar. Azərbaycan yarışda 50 nəfərdən ibarət heyətlə təmsil olunub.

BrendSport.az
xəbər verir ki, turnirin ikinci günündə - martın 12-də oğlanların yarışında Süleyman Şükürov (73 kq) finalda polşalı idmançı Şimon Brzuszczynskini məğlub edərək qızıl medal qazanıb. Aslan Kotsoyev (81 kq) final görüşündə Lüksemburq təmsilçisi Miça Velterə qalib gələrək komandamızın aktivinə növbəti qızıl medalı yazdırıb. Ramazan Əhmədov (90 kq-dan yuxarı) turnirin gümüş medalçısı olub.
Turnirin ilk günü Azərbaycan cüdoçuları 1 qızıl və 4 bürünc medal əldə ediblər.
Azərbaycan yığması yarışda medal əyarına görə ümumi hesabda və oğlanlar arasında birinci yeri tutub.


Facebook-da paylaş

Xəbəri paylaş