Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Azərbaycan millisinin rəqibləri bəllidir



23 yaşlılardan ibarət həndbol seçməmizin inkişaf etməkdə olan ölkələrin çempionatında rəqibləri bəlli olub.

BrendSport.az
xəbər verir ki, Beynəlxalq Həndbol Federasiyasının (IHF) Bazeldəki mənzil qərargahında keçirilən püşkatma mərasimində yığmamız D qrupunda Bolqarıstan və Nigeriyaya rəqib olub.

Püşkatmanın nəticələrinə görə iştirakçı 12 komanda hərəsində üç yığma olmaqla aşağıdakı qruplarda yarışacaqlar:

“A” - Malta, Andorra, Hindistan
“B” - Kipr, Moldova, Avstraliya
“C” - Böyük Britaniya, Kuba, Qvatemala
“D” - Azərbaycan, Bolqarıstan, Nigeriya

Qrup qalibləri yarımfinalda mübarizəni davam etdirəcəklər.

Qeyd edək ki, yarış aprelin 25-30-da Bolqarıstanın Varna şəhərində keçiriləcək.


Facebook-da paylaş

Xəbəri paylaş