Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Premyer Liqa: “Sabah” klubu “Sumqayıt”ı böyük hesabla məğlub edib

Premyer Liqa: “Sabah” klubu “Sumqayıt”ı böyük hesabla məğlub edib

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXVI turun daha bir oyunu keçirilib.

BrendSport.az
xəbər verir ki, günün ikinci matçında "Sabah" "Sumqayıt"ı qəbul edib.

Matç “Sabah”ın böyük hesablı qələbəsi ilə yekunlaşıb – 4:0. Bakı klubunun heyətində Coy Lens Mikels, Aleksey Kaşuk, Ceyhun Nuriyev və Seymur Məmmədov fərqləniblər.

Hesabında 59 xal olan “Sabah” turnir cədvəlində ikinci, "Sumqayıt" isə 21 xalla yeddinci pillədə yer alıb.
Günün ilk oyununda "Kəpəz" evdə "Zirə" ilə heç- heçə edib - 1:1.

Qeyd edək ki, turun digər oyunları - “Turan Tovuz” - “Qəbələ”, “Qarabağ” - “Səbail” martın 11-də, “Şamaxı” – “Neftçi” isə ayın 12-də keçiriləcək.


Facebook-da paylaş

Xəbəri paylaş