Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Premyer Liqa: “Şamaxı” klubu “Sabah”ı, “Sumqayıt” isə “Kəpəz”i qəbul edəcək

Premyer Liqa: “Şamaxı” klubu “Sabah”ı, “Sumqayıt” isə “Kəpəz”i qəbul edəcək

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXIV turun daha 2 oyunu keçiriləcək.

BrendSport.az
xəbər verir ki, günün ilk matçı Şamaxıda eyniadlı komanda ilə "Sabah" arasında olacaq. Hazırda “Şamaxı” 16 xalla turnir cədvəlində sonuncu, paytaxt klubu isə 53 xalla ikinci pillədə qərarlaşıb. Günün son matçında “Sumqayıt” klubu “Kəpəz”i qəbul edəcək. On səkkiz xalı olan “Sumqayıt” yeddinci, rəqibindən bir xal az toplayan Gəncə klubu doqquzuncu sırada yer alıb.

Qeyd edək ki, turun əvvəlki oyunlarında “Zirə” səfərdə “Turan Tovuz”a 2:0 hesabı ilə qalib gəlib, “Səbail” isə “Qəbələ” ilə heç-heçə edib - 2:2. Tura fevralın 27-də keçiriləcək "Qarabağ" - "Neftçi" görüşü ilə yekun vurulacaq.


Facebook-da paylaş

Xəbəri paylaş