Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Kapoeyra üzrə yığma komandamız Budapeştdə keçirilən beynəlxalq turnirdə 14 medal qazanıb

Kapoeyra üzrə yığma komandamız Budapeştdə keçirilən beynəlxalq turnirdə 14 medal qazanıb

Azərbaycan Kapoeyra Federasiyasının yığma komandası yanvarın 14-16-da Macarıstanın paytaxtı Budapeştdə keçirilən beynəlxalq turnirdə 14 medal qazanıb.
BrendSport.az xəbər verir ki, turnirə 16 idmançı ilə qatılan yığmamız medal sayına görə komanda hesabında ikinci yeri tutub.
Uşaq kateqoriyalarında Fəxri Məmmədəlizadə, Cavidan Pənahlı, Şəms Rəhimzadə birinci yeri tutublar. Qabil Vəliyev, Rəsul Muradlı, Maksim Okolokulak, Əli Məmmədli ikinci, Kənan Abdullayev və Cavadxan Məmmədzadə isə üçüncü olublar.
Böyüklər kateqoriyasında Fərid Allahverdiyev (82 kq) qızıl medal qazanıb. Oxçu Şahmuradov (+82 kq) və Xuraman Ramazanova (+60 kq) gümüş, Fərid Səlimov (70 kq) və Elsevər Heydərov (82 kq) bürünc medallara layiq görülüblər.
Yarışların idarə olunmasında ölkəmizi Elgiz Əlizadə, Oxçu Şahmuradov və Zahid Rüstəmbəyov təmsil ediblər.


Facebook-da paylaş

Xəbəri paylaş