Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Futzal üzrə Azərbaycan millisinin Avropa çempionatlarındakı nəticələri

Futzal üzrə Azərbaycan millisinin Avropa çempionatlarındakı nəticələri


Altıncı dəfə Avropa çempionatının final mərhələsində iştirak edəcək futzal üzrə Azərbaycan millisi bu mərhələdə 2010-cu ildə debüt edib. Macarıstanda təşkil olunmuş qitə birinciliyi komandamız üçün uğurlu olub. Belə ki, ilk dəfə həlledici raunda qatılmasına baxmayaraq, millimiz yarımfinal matçlarının iştirakçısı olub. Üçüncü yer uğrunda oyunda isə qrup mərhələsində yendiyi Çexiyaya uduzmaqla medal qazanmaq şansını əldən verib.

BrendSport.az
Azərbaycan Futzal Federasiyasına istinadla xəbər verir ki, 2016-cı ilədək UEFA bu göstəricini ən yaxşı debüt kimi qeyd edib. 2012-ci və 2014-cü illərdə keçirilmiş final mərhələləri isə komandamız üçün uğursuz alınıb. Belə ki, millimiz hər iki final mərhələsində dörddəbir finala vəsiqə qazana bilməyib. Amma sonrakı 2 qitə birinciliyində komandamız mübarizəni dörddəbir finalda dayandırıb.
Cari Avropa çempionatı isə ilk dəfə 16 komandanın iştirakı ilə keçiriləcək.
Qeyd edək ki, yanvarın 19-dan fevralın 6-dək Niderlandda keçiriləcək Avropa çempionatının final mərhələsində Azərbaycan millisi D qrupunda mübarizə aparacaq. Yığmamız yanvarın 22-də Gürcüstan, dörd gün sonra İspaniya, ayın 29-da isə Bosniya və Herseqovina ilə qarşılaşacaq.


Facebook-da paylaş

Xəbəri paylaş