Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Futzal üzrə Azərbaycan millisi sayca altıncı dəfə Avropa çempionatının final mərhələsində iştirak edəcək

Futzal üzrə Azərbaycan millisi sayca altıncı dəfə Avropa çempionatının final mərhələsində iştirak edəcək


Futzal üzrə Azərbaycan millisi yanvarın 22-də Avropa çempionatının final mərhələsində ilk oyununu keçirəcək. Bu, komandamızın sayca 6-cı final mərhələsi olacaq.
BrendSport.az
Azərbaycan Futzal Federasiyasına istinadla xəbər verir ki, 2010-cu ildə bu mötəbər turnirin həlledici mərhələsində debüt edən millimiz ən uğurlu nəticəsini də həmin vaxt qazanıb – dördüncü yer.
Yanvarın 19-dan fevralın 6-dək Niderlandda keçiriləcək Avropa çempionatının final mərhələsində Azərbaycan millisi D qrupunda mübarizə aparacaq. Yığmamız yanvarın 22-də Gürcüstan, dörd gün sonra İspaniya, ayın 29-da isə Bosniya və Herseqovina ilə qarşılaşacaq.


Facebook-da paylaş

Xəbəri paylaş