Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Mina Abbasova Moskvada beynəlxalq turnirdə iki qızıl medal qazanıb

Mina Abbasova Moskvada beynəlxalq turnirdə iki qızıl medal qazanıb

Moskvada bədii gimnastika üzrə beynəlxalq “Gym star” yarışının açıq birinciliyi keçirilib.
BrendSport.az
xəbər verir ki, çempionatda ölkəmizi çoxsaylı beynəlxalq yarışların qalibi, 11 yaşlı gimnast Mina Abbasova təmsil edib. M.Abbasova 2010-cu il təvəllüdlü gimnastlar arasında alətsiz və halqa ilə çıxışına görə yarışı 2 qızıl medalla başa vurub.
Dekabrda gimnastımız 4 qızıl medal qazanıb. Belə ki, bundan əvvəl beynəlxalq “Gymkids cup” turnirində də 2 qızıl medala sahib olub.
Hazırda o, beynəlxalq dərəcəli məşqçi Sevil Fərəcovanın rəhbərlik etdiyi “Gym kids” klubunun üzvüdür.
İndiyədək müxtəlif ölkələrdə keçirilən yarışlarda 30-dan çox kubok, 40-dan çox medal qazanıb.
Xatırladaq ki, Mina Abbasova beş yaşından Macarıstanda fəaliyyət göstərən beynəlxalq dərəcəli hakim Lyubov Bernat və İnqa Mackusun rəhbərlik etdiyi “Rus Rg Sport” klubunda bədii gimnastika ilə məşğul olmağa başlayıb.


Facebook-da paylaş

Xəbəri paylaş