Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Dünya çempionatı: Karateçimiz İrina Zaretska finalda mübarizə aparacaq



Dubayda karate üzrə dünya çempionatında çıxış edən təmsilçimiz İrina Zaretska finala yüksəlib.

BrendSport.az
xəbər verir ki, 68 kiloqram çəki dərəcəsində mübarizə aparan karateçimiz yarımfinalda Alisa Buçingeri məğlub edərək finala vəsiqə qazanıb. Karateçimizin həlledici mərhələdə rəqibi italiyalı Silvia Semeraro olacaq.

Qeyd edək ki, turnirin birinci günündə 5 çəki dərəcəsində kumite yarışları keçirilir.

Noyabrın 21-dək davam edəcək 25-ci dünya çempionatına 117 ölkədən 1054 karateçi qatılıb. Azərbaycan yarışda 17 idmançı ilə təmsil olunur.


Facebook-da paylaş

Xəbəri paylaş