Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Üç şahmatçımız Avropa çempionatında liderliyini davam etdirir

Üç şahmatçımız Avropa çempionatında liderliyini davam etdirir

Müxtəlif yaş qrupları üzrə keçirilən onlayn Avropa çempionatında 6-cı tura yekun vurulub.
BrendSport.az
xəbər verir ki, 18 yaşlı şahmatçıların yarışında Uğur İlyaslı (oğlanlar), 16 yaşlıların turnirində Ayan Allahverdiyeva (qızlar), 10 yaşlılarda isə Səadət Bəşirli (qızlar) 5,5 xalla birinci pillədə qərarlaşıblar.
Digər şahmatçılarımızdan Mələk İsmayıl (18 yaş, qızlar), Şiroğlan Talıbov (16 yaş, oğlanlar), Nərmin Abdinova (14 yaş, qızlar), Cahandar Azadəliyev (12 yaş, oğlanlar) isə 4,5 xalla ön sıralarda yer alıblar.
Qeyd edək ki, qitə çempionatında Azərbaycanı 44 şahmatçı təmsil edir.
İsveçrə sistemi üzrə keçirilən turnir 9 turdan ibarətdir. Yarış oktyabrın 21-də başa çatacaq.


Facebook-da paylaş

Xəbəri paylaş