Faydalı saytlar


Reklam

VİDEO Bütün Xəbərlər

İbrahim Şehiç: Qarabağ Azərbaycandır


Türkiyənin “Konyaspor” futbol klubunun qapıçısı İbrahim Şehiç Azərbaycan Ordusuna dəstək nümayiş etdirib.
BrendSport.az xəbər verir ki, bosniyalı qapıçı şəxsi “Instagram” hesabında bununla bağlı paylaşım edib: “Dualarım sizinlədir, əziz dostlarım. Qarabağ Azərbaycandır”.
Otuz bir yaşlı futbolçu 2013-2018-ci illərdə “Qarabağ”da çıxış edib.


Azərbaycan millisi UEFA Millətlər Liqasında son qarşılaşmasını keçirəcək

Azərbaycan millisi UEFA Millətlər Liqasında son qarşılaşmasını keçirəcək


Noyabrın 17-də futbol üzrə Azərbaycan millisi UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində növbəti oyununu keçirəcək.
BrendSport.az saytı xəbər verir ki, Canni De Byazinin rəhbərliyi altında yığmamız son oyununda Lüksemburq millisi ilə qarşılaşacaq. Azərbaycan komandası hazırda 5 xalla 3-cü sırada qərarlaşıb. Rəqib komanda isə 9 xalla 2-ci yeri tutur.
Lüksemburqun "Jozi Bartel" stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 23:45-də start götürəcək. Oyunu almaniyalı baş hakim Feliks Zvayer idarə edəcək.
Qeyd edək ki, Azərbaycan yığması rəqib komandaya Bakıdakı görüşdə 1:2 hesabı ilə məğlub olub.


Facebook-da paylaş