Faydalı saytlar


Reklam

VİDEO Bütün Xəbərlər

İbrahim Şehiç: Qarabağ Azərbaycandır


Türkiyənin “Konyaspor” futbol klubunun qapıçısı İbrahim Şehiç Azərbaycan Ordusuna dəstək nümayiş etdirib.
BrendSport.az xəbər verir ki, bosniyalı qapıçı şəxsi “Instagram” hesabında bununla bağlı paylaşım edib: “Dualarım sizinlədir, əziz dostlarım. Qarabağ Azərbaycandır”.
Otuz bir yaşlı futbolçu 2013-2018-ci illərdə “Qarabağ”da çıxış edib.


Azərbaycan millisinin heyəti açıqlanıb

Azərbaycan millisinin heyəti açıqlanıb


Noyabrın 8-də futbol üzrə Azərbaycan milli komandasının təlim-məşq toplanışına start veriləcək.
BrendSport.az AFFA-ya istinadla xəbər verir ki, millimiz noyabrın 11-də yoldaşlıq oyununda Sloveniya, ayın 14-də və 17-də isə UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində müvafiq olaraq Monteneqro və Lüksemburq milli komandası ilə qarşılaşacaq. Təlim-məşq toplanışı qeyd olunan oyunlara hazırlıq məqsədi daşıyacaq.
Hazırlığa Emil Balayev, Şahrudin Məhəmmədəliyev (hər ikisi “Qarabağ”), Aydın Bayramov (“Sumqayıt”), Maksim Medvedev (“Qarabağ”), Anton Krivotsyuk (“Neftçi”), Rahil Məmmədov, Bədavi Hüseynov (hər ikisi “Qarabağ”), Amin Seydiyev (“Sabah”), Şəhriyar Əliyev, Azər Salahlı (hər ikisi “Keşlə”), Tellur Mütəllimov (“Sumqayıt”), Mert Çelik (“Neftçi”), Təmkin Xəlilzadə (“Sabah”), Abbas Hüseynov (“Qarabağ”), Elvin Bədəlov (“Sumqayıt”), Qara Qarayev, İsmayil İbrahimli (hər ikisi “Qarabağ”), Rəhman Haciyev (“Keşlə”), Elvin Camalov (“Zirə”), Rəhim Sadıxov, Xəyal Nəcəfov (hər ikisi “Sumqayıt”), Çoşqun Diniyev (“Sabah”), Vüqar Mustafayev (“Sumqayıt”), Vüsal İsgəndərli (“Keşlə”), Ramil Şeydayev (“Sabah”), Namik Ələskərov (“Neftçi”), Mahir Emreli (“Qarabağ”), Mirabdulla Abbasov (“Neftçi”) və Musa Qurbanlı (“Qarabağ”) dəvət olunublar.


Facebook-da paylaş