Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Teymur Rəcəbov: Qarabağ hər zaman Azərbaycanın ayrılmaz hissəsi olub və olacaq

Teymur Rəcəbov: Qarabağ hər zaman Azərbaycanın ayrılmaz hissəsi olub və olacaq

Vətənimdə bir neçə gündür qanlı toqquşmalar davam edir. Ermənistanın işğalçı qoşunları əzəli torpaqlarımızda xalqımıza qarşı vuruşur. Ermənistanın Azərbaycana qarşı təcavüzünü qətiyyətlə pisləyirəm. Erməni işğalçı qüvvələri torpaqlarımızı dərhal tərk etməlidir. Bu, mövcud vəziyyətin həlli üçün yeganə çıxış yoludur.

BrendSport.az
xəbər verir ki, bu fikirləri Azərbaycanın dünya şöhrətli şahmatçısı Teymur Rəcəbov “Facebook” səhifəsindəki paylaşımında qeyd edib. O bildirib ki, ordumuzun şücaətli əsgərləri düşmənlə mübarizə aparır, doğma torpaqlarımızda ədaləti bərpa edirlər.
T.Rəcəbov paylaşımını “Qarabağ Azərbaycandır! Qarabağ hər zaman Azərbaycanın ayrılmaz hissəsi olub və olacaq!” sözləri ilə bitirib.


Facebook-da paylaş

Xəbəri paylaş