Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Azərbaycanın iki idmançısı Belarus Atletika Federasiyası tərəfindən mükafatlandırılıb



Belarusun paytaxtı Minskdə keçirilən 20 yaşadək atletlər arasında “Minsk U20 İnternational Match” turnirinə yekun vurulub.

BrendSport.az xəbər verir ki, turnirin yekununda iştirak edən hər komandadan ən yaxşı idmançılar Belarus Atletika Federasiyası tərəfindən mükafatlandırılıblar. Azərbaycan idmançılarından Rüstəm Məmmədov (üç təkanla tullanma) və Yelena Pextireva (uzunluğa tullanma) bu mükafata layiq görülüblər. Atletlərimiz ümumi komanda hesabına 35 xal toplayıblar.

Təmsilçimiz Rüstəm Məmmədov birinci yarış günündə üç təkanla tullanma növündə qızıl medal qazanıb.

Qeyd edək ki, atletlərimiz turnirdə yeniyetmələrdən ibarət milli komandanın baş məşqçisi Nazim İsrafilovun rəhbərliyi altında mübarizə aparıblar.


Facebook-da paylaş

Xəbəri paylaş