Faydalı saytlar


Reklam

VİDEO Bütün Xəbərlər

ÖZSÜD - DOĞRU SEÇİM



Super Liqa: “Azərreyl” klubu Gürcüstan komandasına qalib gəlib



Fevralın 19-da qadın voleybolçular arasında Azərbaycan Super Liqasında daha bir matç oynanılıb.

BrendSport.az xəbər verir ki, Azərbaycan Voleybol Mərkəzində baş tutan günün yeganə görüşündə “Azərreyl” Gürcüstan komandası ilə üz-üzə gəlib.

Oyun Famil Ağayevin yetirmələrinin üstünlüyü ilə keçib. İlk hissədə 25:13 hesabı ilə qalib gələn “Azərreyl” daha sonra rəqibini 25:23 hesabı ilə məğlub edib. Üçüncü setdə isə 25:21 hesabı qeydə alınıb və Bakı təmsilçisi 3:0 hesablı qələbəyə sevinib.

Nəticədə 5-ci oyunda 5-ci qələbəsini qazanan “Azərreyl” turnir cədvəlində vahid liderə çevrilib. 15 xala malik komanda ən yaxın izləyicisi “Abşeron”u 3 xal qabaqlayır. Gürcüstan komandası isə ikinci görüşündə də xal və set qazana bilməyib.


Facebook-da paylaş