Faydalı saytlar


Reklam

VİDEO Bütün Xəbərlər

ÖZSÜD - DOĞRU SEÇİM



Romada keçirilən Avropa çempionatında qadın güləşçilər mübarizə aparırlar



İtaliyanın paytaxtı Romada güləş üzrə Avropa çempionatı davam edir.

BrendSport.az xəbər verir ki, üçüncü yarış günündə 4 qadın güləşçimiz mübarizəyə qoşulub.

Çempionatda 50 kiloqram çəki dərəcəsində mübarizə aparan Türkan Nəsirova startda dünya və Avropa ikincisi Emiliya Vukla qarşılaşıb və xalçadan məğlub ayrılıb.
Elmira Qəmbərova (59 kq) ilk mərhələdə ötən il Avropa çempionatında üçüncü yer uğrunda görüşdə qalib gəldiyi Angelina Lisakla üz-üzə gəlib. Bu dəfə ukraynalı güləşçi revanş alıb.

Püşk ilk mərhələdə İrina Netrebanın (68 kq) qarşısına dünya və Avropa çempionu ukraynalı Alla Çerkasovanı çıxarıb. Təmsilçimiz titullu rəqibinə minimal fərqlə uduzub.

Birincilikdə 76 kiloqram çəki dərəcəsində mübarizə aparan Səbirə Əliyev ilk görüşünü Yunanıstan idmançısı Aykaterini Pitsiavaya qarşı keçirəcək.

Qeyd edək ki, Azərbaycanın yunan-Roma güləşçilərindən Sənan Süleymanov (77 kq) qızıl, Eldəniz Əzizli (55 kq) və İslam Abbasov (87 kq) bürünc medal qazanıblar.


Facebook-da paylaş