Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Futzal üzrə Azərbaycan millisi Özbəkistan yığması ilə iki yoldaşlıq oyunu keçirəcək

Futzal üzrə Azərbaycan millisi Özbəkistan yığması ilə iki yoldaşlıq oyunu keçirəcək
Dünya çempionatının elit-raund mərhələsində iştirak edəcək futzal üzrə Azərbaycan milli komandası Bakıda iki yoldaşlıq oyunu keçirəcək.
BrendSport.az Azərbaycan Futzal Federasiyasına istinadla xəbər verir ki, millimiz yanvarın 21-də və 22-də Özbəkistan yığması ilə qarşılaşacaq. Bakı İdman Sarayında keçiriləcək hər iki görüş saat 20:00-da başlayacaq.
Qeyd edək ki, Azərbaycan millisi elit-raund mərhələsi çərçivəsində yanvarın 29-da Xorvatiya, ertəsi gün Rusiya, fevralın 1-də isə Slovakiya yığmaları ilə qarşılaşacaq. Bu qrupun oyunları Xorvatiyanın Osiek şəhərindəki “Qradsk vrt Arena”da keçiriləcək.


Facebook-da paylaş

Xəbəri paylaş